image-1backend

Pullar gecikir: Nazirlikdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ

image-ads-728x90

Son günlər bəzi fermerlərin təhvil verdikləri pambığın pulunun ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı narazılıqları artır. Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər, bir qayda olaraq, “Müqaviləli əkinçilik” modeli əsasında tənzimlənir. Tərəflərin hüquq və öhdəlikləri imzalanmış müqavilələrlə müəyyən edilir.

Müqaviləyə əsasən, mövsüm ərzində fermerlərə verilən avanslar, mineral gübrə, pestisid, toxum və texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilən pambığın ümumi məbləğindən çıxılır. Qalan vəsaitin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə üzrə öhdəliyidir.

Nazirlik qeyd edib ki, dövlət tərəfindən pambıqçılığın inkişafını stimullaşdırmaq məqsədilə fermerlərə təhvil verdikləri pambığa görə əlavə məhsul subsidiyası ödənilir. Bu subsidiya əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyidir.

Bildirilib ki, daxil olan fermer şikayətlərində adı çəkilən tədarükçü şirkətlərə pambıq təhvil verən fermerlərin məhsul subsidiyası Nazirlik tərəfindən vaxtında ödənilib. Fermerlərin əsas narazılığı isə təhvil verdikləri pambığın dəyərinin şirkətlər tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.

Nazirlik vurğulayıb ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən Nazirlik və Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur və müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyil.

Müqavilə şərtlərinin pozulması halında fermerlər hüquqlarının müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərlər.

Eyni zamanda, problemin həlli və pambıq tədarükü sahəsində müqavilə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən şirkətlərlə mütəmadi müzakirələr aparılır. Şirkətlərə fermerlər qarşısında götürdükləri öhdəliklərə ciddi riayət etmələri, təhvil aldıqları pambığın pulunu müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam ödəmələri tövsiyə olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki