image-1backend

“Rusiya iqtisadiyyatı böhran içindədir” – Finlandiya prezidentindən sensasion AÇIQLAMA

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb Davosda keçirilən Dünya İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq və regional səviyyədə güc nümayiş etdirmək istədiyini bildirib.

Stubb çıxışında deyib: “Orta Asiyada, Cənubi Qafqazda, İranda, Suriyada və Venesuelada baş verənlərə baxın. Kremlin baxış bucağından bu, uğurlu bir hekayədən çox uzaqdır.”

Finlandiya prezidenti həmçinin Rusiya-Ukrayna müharibəsində Moskvanın qalib gələ bilmədiyini vurğulayıb. Onun sözlərinə görə, son 1000 gün ərzində Rusiya qoşunları yalnız Ukrayna ərazisinin 1%-ni işğal edə bilib və yüz minlərlə hərbçisini itirib. Eyni zamanda Stubb bildirib ki, Rusiya iqtisadiyyatı böhran içindədir və inflyasiya sürətlə artır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki