image-1backend

Rusiya miqrantları ölkədən çıxarır: Əsas hədəf Orta Asiya və Azərbaycan vətəndaşlarıdır  

image-ads-728x90

Son üç gün ərzində Rusiyanın Novosibirsk vilayətində məhkəmə orqanları ölkəyə giriş və ya qalma qaydalarını pozan 97 əcnəbi vətəndaşın deportasiyası barədə qərar qəbul edib.

Korrekt.az xəbər verir ki,  deportasiya olunanlar arasında Özbəkistan (41 nəfər), Tacikistan (29 nəfər), Qırğızıstan (16 nəfər), Azərbaycan (7 nəfər) və Qazaxıstanın (4 nəfər) vətəndaşları var. Siyahıda Ermənistan vətəndaşlarının olmadığı diqqət çəkir.

Bu barədə Federal Məhkəmə Qeydləri Xidmətinin Novosibirsk vilayəti üzrə regional şöbəsi məlumat yayıb.

Bildirilib ki, miqrantlar əvvəlcə müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilir, daha sonra məhkəmə qərarı əsasında deportasiya olunaraq sərhədə qədər müşayiət edilirlər.

Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslər qərarın qüvvəyə mindiyi tarixdən etibarən beş il müddətində Rusiyaya giriş hüququndan məhrum olunurlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki