image-1backend

İran Müdafiə Nazirliyi: İğtişaşçılar cinayətlərinə görə 500–3500 dollar arasında pul alıblar

image-ads-728x90

İranın müdafiə naziri Əziz Nəsirzadə ölkədə baş verən iğtişaşların iştirakçılarına ödənilən pullarla bağlı açıqlama verib. Korrekt.az xəbər verir ki, nazir bildirib ki, etirazlarda iştirak edən şəxslər törətdikləri cinayətlərə görə 500 dollardan 3500 dollara qədər pul alıblar.

O qeyd edib ki, polis bölmələrini yandırmaq üçün hər bir iştirakçıya təxminən 500 dollar, avtomobil və digər nəqliyyat vasitələrini yandırmaq üçün isə təxminən 1500 dollar ödənilib. Hətta qətl törədən şəxslər hər birinə 3500 dollar alıblar.

İranın dövlət televiziyası və radiosu Nəsirzadənin sözlərinə istinadla xəbər yayıb ki, “ABŞ, sionist rejimi və onların bəzi müttəfiqlərinin separatçı və terrorçu qruplara dəstək vermək üçün mərkəz yaratdığına dair etibarlı məlumatlarımız var. Hətta İranda baş verən dağıntılar üçün ödənişlər də müəyyən edilib”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki