İranda baş verən son iğtişaşlarla bağlı yeni açıqlama yayılıb. Korrekt.az xəbər verir ki, Mehr xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) cümə axşamı verdiyi bəyanatda ölkədəki iğtişaşların əsas səbəbkarının özünü Raha Parham kimi təqdim edən qadın olduğunu bildirib.
İİKK-nın açıqlamasında qeyd olunur ki, sözügedən şəxsin əsl adı Nazanin Baradaran olub. Bildirilib ki, o, son bir neçə il ərzində adını üç dəfə dəyişib.
Bəyanatda həmçinin iddia olunur ki, Nazanin Baradaran “Pentaqon zabitinin nəzarəti altında” fəaliyyət göstərib. Rəsmi qurumlar onun ölkədəki iğtişaşların təşkili və yönləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
İran mediasının məlumatına görə Nazanin Baradaran həbs edilib.
Məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.





















