İran İnqilabı Keşikçiləri Korpusunun generalı və İranın Məqsədyönlülük Şurasının üzvü Möhsün Rzayi, ABŞ prezidenti Donald Trampa qarşı təhdid dolu bəyanat verib.Korrekt.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Rzayi bildirib ki, Donald Trampın “əlini tətiyə basdığı” açıqlamasına cavab olaraq, İran bu dəfə “onun əlini və barmağını kəsəcəyik” deyə bəyan edib.
General, həmçinin vurğulayıb ki, İran ölkəyə hücum edildiyi təqdirdə artıq atəşkəsə razı olmayacaq. “Əgər irəliləsək, artıq atəşkəsdən danışılmayacaq”, – deyə o, əlavə edib.
Möhsün Rzayi, Trampın İranın strateji səbirləri və təmkinini gözardı etməməsi gərəkdiyini bildirərək, “Geri çəkilin, əks halda bölgədəki bazalarınızdan heç biri təhlükəsiz olmayacaq” şəklində hədələyib.





















