Bu gün Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Korrekt.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Putin Netanyahuya İran İslam Respublikası ilə vasitəçilik etməkdə kömək təklif edib və bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb. Son aylarda Putin Netanyahunun adından İrana İsrailin “bu mərhələdə” hərbi əməliyyat planlaşdırmadığını bildirmişdi.





















