image-1backend

Reuters: “ ABŞ-nin  İrana zərbəsi 24 saat içində başlaya bilər” 

image-ads-728x90

“Reuters” agentliyi xəbər verir ki, iki Avropa rəsmisi ABŞ-nin İslam Respublikasına hərbi hücum ehtimalının yüksək olduğunu bildirib. Mənbələrdən biri qeyd edib ki, hücum zərbə növbəti 24 saat ərzində baş verə bilər.

Korrekt.az xəbər verir ki, İsrail tərəfi də Donald Trampın müdaxilə qərarı verdiyini açıqlayıb.

Artan gərginlik fonunda Qətər hökuməti ehtiyat tədbirlərinə başladığını elan edib. Bildirilib ki, Əl-Udeyd hava bazasından bir sıra işçilər çıxarılıb. Reuters-ə danışan üç diplomat isə bəzi hərbçilərə bazanı tərk etmək əmri verildiyini təsdiqləyib.

Eyni zamanda “Open Source Intelligence” Açıq Mənbə Kəşfiyyat Monitoru “X” hesabında paylaşım edərək bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri Əl-Udeyd bazasından təyyarələrin təxliyəsinə başlayıb. Məlumata görə, ən azı 6 KC-135R/T “Stratotanker” hava yanacaqdoldurma təyyarəsinin Qətərdən ardıcıl şəkildə havaya qalxdığı müşahidə olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki